Daha bir epidemiya yayıla bilər - ÜST

20:19 14.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cənubi Sudanda sarı qızdırma epidemiyası alovlana bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Məlumata görə, Uqanda ilə sərhəd bölgədə yerləşən Kajokeji şəhərində 2 nəfərdə sarı qızdırmaya rast gəlinib.

Bildirilib ki, bölgədəki səhiyyə sisteminin zəifliyi və müşahidə mexanizminin olmaması epidemiyanın böyüməsinə səbəb ola bilər.

Qeyd edək ki, xəstəliyin endemik ocağı Afrika hesab edilir. ÜST-nin məlumatına görə, bu xəstəliyə ildə 200 minədək insan yoluxur, onlardan 30 mini ölür.